“Real”ın hücumçusu Kilian Mbappe məşqlərə başlayıb. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Atalanta” ilə oyunda (3:2) zədələnib.

Ulduz futbolçu qarşıdakı oyunlara hazır olmaq üçün məşqlərdə əlindən gələni edir. Onun Qitələrarası Kuboka yetişməsi gözlənilir. Qitələrarası Kubokun final matçı dekabrın 18-də keçiriləcək. “Real” həmin görüşdə “Paçuka” (Meksika) ilə qarşılaşacaq.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest