17 Dekabr 2024, 09:39
FUTBOL
İFFHS 2024-cü ilin ən yaxşı qapıçısını açıqlayıb. Matc.az xəbər verir ki, qurum ölkələr üzrə nümayəndələri arasında səsvermə keçirib.
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martines 167 xalla hamını qabaqlayıb. 91 xal toplayan “Atletik”in ispaniyalı qolkiperi Unay Simon ikinci yer tutub. İlk “üçlüy”ü Gürcüstan millisinin və “Valensiya”nın üzvü Georgi Mamardaşvili qapayıb – 55 xal.
Qeyd edək ki, Emiliano Martines 2022-ci və 2023-cü illərdə 2-ci yeri tutub.