PSJ və Fransa millisinin hücumçusu Randal Kolo-Muani İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, 26 yaşlı forvard “Mançester Yunayted”in transfer gündəmindədi.

Premyer Liqa klubu yanvarda Fransa millisinin üzvünü icarəyə götürməyi planlaşdırır. Markus Reşfordla yollarını ayırmağı düşünən baş məşqçi Ruben Amorim ön xətdəki boşluğu Kolo-Muani ilə doldurmaq istəyir.

Futbolçu PSJ-yə 2023-cü ilin yayında 95 milyon avro qarşılığında “Ayntraxt”dan keçsə də, hazırkı transfer dəyəri 30 milyon avrota bərabərdi. O, bu mövsüm 14 oyunda cəmi 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest