17 Dekabr 2024, 12:46
FUTBOL
“Mançester Siti” ciddi böhran yaşayır. Matc.az xəbər verir ki, son iki mövsümün Premyer Liqa çempionu geridə qalan turda doğma meydanda “Mançester Yunayted”ə məğlub olub (1:2).
“Şəhərlilər” hazırda lider “Liverpul”dan 9 xal geri qalır və turnir cədvəlinin beşinci pilləsində qərarlaşır. Araşdırmaya əsasən, Mançester klubu noyabrın 1-dən bəri liqanın ən uğursuz iki komandasından biridi. Cədvəlin son pilləsində qərarlaşan “Sauthempton” kimi, Pep Qvardiolanın yetirmələri hər görüşdə orta hesabla 0,57 xal toplayır.
Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə son 11 oyunun 8-də məğlub olub.