17 Dekabr 2024, 12:17
FUTBOL
“Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis Rusiya millisinin diskvalifikasiyası barədə danışıb. Matc.az xəbər verir ki, 55 yaşlı mütəxəssis DÇ-2026-da iştirakın onlar üçün mümkünsüz olduğunu düşünür.
Rusiya yığmasının keçmiş hücumçusu AVRO-2028-lə bağlı isə ümidli danışıb: “Rusiya millisinin AVRO-2028-də oynamaq şansı var. Bu ildən əvvəl bizi heç yerə qaytarmayacaqlar. 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün nəzəri şans da yoxdu. Çünki püşkatmada iştirak etmədik”.
Qeyd edək ki, 2022-ci ilin fevralında FİFA UEFA Rusiya millilərinin və klublarının beynəlxalq yarışlarda iştirakını qeyri-müəyyən müddətə qadağan edib.