“Bavariya”nın qapıçısı Manuel Noyer komandasında qalmaq istəyir. Matc.az xəbər verir ki, 38 yaşlı qolkiper müqaviləsini 2026-cı ilin yayına qədər uzatmaq niyyətindədi.

Sövdələşmənin bütün detalları artıq razılaşdırılıb və hər iki tərəf imzalamağa hazırdı. Lakin bunun nə vaxt elan ediləcəyi hələ məlum deyil. Noyer hələ də karyerasını davam etdirməyi düşünür. Almaniya Kubokunun 1/8 final mərhələsində “Bayer”lə matçda (0:1) qabırğasından zədə alann qapıçının yanvarda qayıtması planlaşdırılır.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 540 qarşılaşmada iştirak edib, bunun 256-da qapını toxunulmaz saxlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest