“Əl-Hilal”ın hücumçusu Neymar ABŞ-a köçmək istəyir. Matc.az xəbər verir ki, 32 yaşlı forvard bu fikrini Səudiyyə Ərəbistanı klubundakı yoldaşlarına da bildirib.

O, “Əl-Hilal”la müqaviləsi başa çatdıqdan sonra “İnter Mayami”yə keçməyi planlaşdırdığını söyləyib. Hazırda braziliyalının sözləşməsi gələn ilin yayına qədərdi.

Neymarın “Barselona”dakı keçmiş komanda yoldaşları Lionel Messi, Serxio Busquets, Luis Suares və Jordi Alba “İnter Mayami”də çıxış edir. Komandanı kataloniyalıların digər sabiq futbolçusu Xavyer Maskerano çalışdırır. Neymarın keçidi baş tutsa, məşhur MSN (Messi-Suares-Neymar) “üçlüy”ü bərpa olacaq.

Qeyd edək ki, Neymar daha əvvəl Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə imzalamayacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest