17 Dekabr 2024, 10:13
FUTBOL
Braziliya millisinin və “İnter”in sabiq hücumçusu Adriano vida oyununu keçirib. Matc.az xəbər verir ki, görüş “Marakana” stadionunda təşkil olunub.
42 yaşlı forvard “Flamenqo əfsanələri” və “İtalyan dostlar” arasında matçın hər hissəsində bir komandanın formasını oynayıb və hər iki komandada qol vurub. Qarşılaşma “Flamenqo əfsanələri”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
30 dəqiqəlik mübarizədən sonra matç dayandırılıb və stadionun ekranında Adrianonun 2004-cü ildə dünyasını dəyişən mərhum atasının şəkli göstərilib. Atasının səsi süni intellekt vasitəsilə yenidən yaradılıb və Adrianoya göndərilən mesaj futbol ulduzunun göz yaşlarına səbəb olub.
Qeyd edək ki, Adriano 2016-cı ildə karyerasını başa vurub.