Razılaşmaya əsasən, Hüseynov mövsümün sonunadək “Şamaxı”nın formasını geyinəcək.

Yığmamızın müdafiəçisi Cəlal Hüseynov Azərbaycana qayıdıb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu yenidən Misli Premyer Liqasında çıxış edəcək.

Belə ki, “Şamaxı” klubu onu Bolqarıstan təmsilçisi “Arda”dan icarəyə götürüb. Məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.

Razılaşmaya əsasən, Hüseynov mövsümün sonunadək “Şamaxı”nın formasını geyinəcək.

Qeyd edək ki, Cəlal 2022/2023 mövsümündə icarə əsasında “Şamaxı”da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest