Qriqorçuk məşqçilik fəaliyyətini yenidən ölkəsində davam etdirə bilər.

"Neftçi"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk yeni iş təklifi alıb. Matc.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

Qriqorçuk məşqçilik fəaliyyətini yenidən ölkəsində davam etdirə bilər. Onun Premyer Liqa təmsilçisi LNZ (Çerkassı) klubu ilə danışıq apardığı bildirilib. LNZ-in hazırda boş qalan baş məşqçi postuna ən real namizədin Qriqorçuk olduğu vurğulanıb.

Qeyd edək ki, ukraynalı mütəxəssisin son iş yeri "Neftçi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest