“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, o, karyerasında ən çətin rəqibinin kim olduğunu açıqlayıb.

Yamal David Raumu Avropa çempionatında keçməyin çox çətin olduğunu etiraf edib: “Raum indiyədək ən çətin rəqibim olub. Almaniya millisinin üzvünü Avropa çempionatında keçmək çox çətin idi”.

Qeyd edək ki, 17 yaşlı Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest