17 Dekabr 2024, 20:58
FUTBOL
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema gələcəyi ilə bağlı vacib qərar verməyə hazırlaşır.
Matc.az xəbər verir ki, fransalı futbolçu peşəkar karyerasını bitirməyi planlaşdırır. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
36 yaşlı forvard mövsümün sonunda karyerasını başa vurmaq qərarı verməyi düşünür.
Qeyd edək ki, Kərim Benzema "Lion"un yetirməsidir. Fransa millisinin sabiq üzvü daha sonra "Real"da (2009-2023) çıxış edib. Ulduz futbolçu 2023-cü ilin yayında "Əl-İttihad"ın formasını geyinir. Benzema bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.