Azarkeşlər 2034-cü ildə Səudiyyə Ərəbistanda keçiriləcək dünya çempionatında alkoqol içə bilməyəcəklər. 

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. 

FİFA müsabiqənin təşkilat komitəsi ilə bu haqda danışmağı planlaşdırmır. Buna səbəb ölkədə alkoqolla bağlı olan qadağalardır.

Qeyd olunur ki, FİFA 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından təcrübə çıxarıb. Həmin il qurum təşkilatçılardan pivənin satışına razılıq almışdı. Lakin turnirə 2 gün qalmış hökumətdə olan Əl-Təni ailəsinin təzyiqindən sonra icazə ləğv olunmuşdu. Buna görə FİFA pivə şirkətlərinə 40 milyon funt sterlinq civarında təzminat ödəmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest