"Qarabağ”ın bu mövsüm Avropa Liqasındakı çıxışına ətraflı qiymət vermək üçün gərək onun bütün oyunlarını izləyəsən". 

Matc.az xəbər verir ki, bu sözləri hazırda Rusiya Premyer Liqası "Krasnodar" klubunun baş məşqşiçi olan Murad Musayev azerisport.com saytına müsahibəsində deyib. "Sabah"ın sabiq baş məşqçisi "Qarabağ"a dəstək olaraq deyib:

"Rusiyada çoxlu analitikimiz var ki, onlar öz fikirlərini minimal məlumat əsasında ifadə edirlər. Ona görə də mənim nəsə deməyim düzgün olmazdı. Bilirəm ki, "Qarabağ"ın hər oyunda çoxlu qol imkanı olur. Rəqiblərinin də həmçinin. Ustalıq baxımından "Qarabağ"ı tez-tez üstələyirlər. Mənim gördüyüm odur ki, "Qarabağ" yaxşı oyun sərgiləyir. Amma qol imkanlarını reallaşdırmaqda problemlər var. Komandadan həmişə çox şey gözləyirlər. Amma mən hesab edirəm ki, onlar bacardıqları qədər hər şeyi yaxşı edirlər". 

M.Musayev bildirib ki, "Qarabağ"ın ötən mövsüm Avroliqadakı uğurlu çıxışından sonra rəqibləri ona daha ciddi yanaşmağa başlayıblar:

"Avropa Liqasında keçən ilki uğurlu mövsümdən - Portuqaliya "Braqa"sı mübarizədən kənarlaşdırıldıqdan və Almaniya "Bayer"ini 1/8 finalda yarışdan uzaqlaşdırmağa yaxın olduqdan sonra rəqibləri "Qarabağ"ı daha çox öyrənməyə və ona daha böyük hörmətlə yanaşmağa başladılar. "Qarabağ" Avropada hər bir komanda üçün təhlükəli rəqib sayılır. "Qarabağ""a afərin. Onlar tənqidə layiq deyillər".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest