“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə 5 foul limitini erkən doldurduq. Bundan sonra öz oyunumuzu göstərə bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı”.

Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində İsveçlə keçirilən oyun barədə danışarkən deyib.

O, ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: “Uşaqların oyununu bəyəndim. Qol epizodlarından istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdır. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”. Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, autdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu görüşdə qələbəyə layiq idik”.

Baş məşqçi yeni komanda qurduqlarını deyib: “Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz kifayət qədərdir. Heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyeralarını başa vuracaqlar. Ona görə də gəncləri tapmalı, onları öyrətməliyik”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən görüş 3:3 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest