18 Dekabr 2024, 09:38
FUTBOL
“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, İngiltərə klubu ilə razılaşıb.
Hari Onillə yollarını ayıran “canavarlar” portuqaliyalı mütəxəssislə hərtərəfli razılığa gəlib. Səudiyyə Ərəbistanın “Əl-Şabab” klubunu çalışdıran Pereyra yaxın günlərdə İngiltərəyə yollanaraq, yeni komandasının sükanı arxasına keçəcək. Bu keçid üçün Premyer Liqa təmsilçisi ərəblərə 800 min funt-sterlinq təzminat ödəcək. 56 yaşlı mütəxəssis “Vulverhempton”la 2026-cı ilin yayınadək müqavilə imzalayacaq.
Qeyd edək ki, “Vulverhempton” 16 turdan sonra 9 xalla Premyer Liqanın 19-cu pilləsində qərarlaşıb.