18 Dekabr 2024, 10:30
FUTBOL
Bu gün qitələrarası kubokun final oyunu keçiriləcək. Matc.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Real” və Meksikanın “Paçuka” klubları qarşılaşacaq.
Qətərdə təşkil olunan yarışın həlledici matçı “Lusail” stadionunda reallaşacaq. “Real” turnirə finaldan qatılacaqsa, “Paçuka” buna qədər Braziliya “Botofoqo”sunu (3:0) və Misir “Əl-Əhli”sini (0:0, penaltilərlə p.6:5) məğlub edib.
“Real” – “Paçuka” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.