“Barselona” aparıcı futbolçusu Lamin Yamalla müqaviləni uzatmağa hazırlaşır. Matc.az xəbər verir ki, bunu gənc vingerin meneceri Xorxe Mendes təsdiqləyib.

O bildirib ki, “Barselona”nın idman direktoru Deko ilə 2023-cü ilin yayına təyin edilmiş “iki mərhələli yenilənmə” planı qüvvədə qalır. Forvard yalnız 2026-cı ilə qədər sözləşmə imzalayıb. Çünki FIFA məhdudiyyətləri azyaşlı idmançıya 3 ildən çox müddətə müqavilə imzalamağa imkan vermir. Bununla əlaqədar tərəflər anlaşmanın müddətini Yamal 18 yaşı tamam olanda 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lamin Yamalın bazar dəyəri 150 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest