“Turan Tovuz”un adı dəyişdiriləcək. Matc.az xəbər verir ki, qərb klubu tarixi adını bərpa etmək niyyətindədir. Qərblilər bununla bağlı AFFA İcraiyyə Komitəsinə rəsmi müraciət edib. Bir sıra prosedurlar yerinə yetirildikdən sonra klub yenidən “Turan” FK adlanacaq.

“Turan Tovuz”un adı dəyişdiriləcək. Matc.az xəbər verir ki, qərb klubu tarixi adını bərpa etmək niyyətindədir.

Qərblilər bununla bağlı AFFA İcraiyyə Komitəsinə rəsmi müraciət edib. Bir sıra prosedurlar yerinə yetirildikdən sonra klub yenidən “Turan” FK adlanacaq.

Xatırladaq ki, vaxtilə borc məsələlərinə görə klub müxtəlif vaxtlarda bir necə oxşar adı sınayıb. Lakin Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi “Turan” adı hamıya doğmadır. Bu səbəbdən rəhbərlik yenidən tarixi adı bərpa etmək üçün çalışır. İcraiyyə Komitəsinə də bununla bağlı lazımi sənədlər təqdim olunub.

Məsələ hələlik müzakirə mərhələsindədir. Çünki yığılıb qalan borcların ödənilməsi yenidən aktuallaşa bilər. Eyni zamanda varislik məsələsi həll olunmalıdır, lisenziya qaydaları gözlənilməlidir. Bütün məsələlərə yanvarda rəsmən aydınlıq gələcək. Futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest