“Mançester Yunayted”in hücumçu Markus Reşfordun yerinə namizəd axtarışı davam edir. Matc.az xəbər verir ki, İngiltərə klubu boş qalacaq mövqe üçün ilk hədəfini müəyyənləşdirib.

Yanvarda Reşfordu satmaq istəyən Premyer Liqa nəhəngi “Atletik”in hücumçusu Niko Uilyamsa göz dikib. “Mançester Yunayted” bossları 22 yaşlı oyunçuya artıq ilk təklifi edib. Mançesterlilər qış fasiləsində bu keçidi reallaşdırmağa çalışacaq. Ancaq Avropa çempionu başqa klubların da maraq dairəsindədi.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm “Atletik”in heyətində bütün turnirlərdə 22 oyunda 2 qol vurub, 5 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest