Tibbi müayinədən keçən Bədavinin arxa bud əzələsində problem təsbit edilib.

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, millimizin üzvü 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Tibbi müayinədən keçən Bədavinin arxa bud əzələsində problem təsbit edilib. Həkimlər onun təxminən 4 həftə futbol oynaya bilməyəcəyini qeyd ediblər.

Qeyd edək ki, Hüseynov “Qarabağ”ın Misli Premyer Liqasının 17-ci turunda “Sumqayıt”ı darmadağın (5:0) etdiyi qarşılaşmada zədələnərək oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest