AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə könüllü təşkilatlar arasında minifutbol üzrə “Zəfər” liqasına yekun vurulub. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

16 könüllü təşkilatın komandasının qatıldığı turnirin finalında “Turizm Könüllüləri” ilə “BDU Könüllüləri” qarşılaşıb. Finalda rəqibini 3:2 hesabı ilə üstələyən “BDU Könüllüləri” liqanın qalibi olub. Qalib komanda AFFA tərəfindən kubok və medallar, II və III yerlərin sahibləri isə medallarla təltif olunub.

Həmçinin liqanın final matçının ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı nominasiyası üzrə mükafatlar təqdim olunub. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, “Neftçi”nin və milli komandamızın futbolçusu Emin Mahmudov təqdim ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest