Bu gün II Liqada 13-cü tur başa çatıb. Matc.az xəbər verir ki, son oyun günündə iki görüş gerçəkləşib.
"Saatlı-Araz" "Şəki Siti" üzərində 5:1 qələbə qazanıb. "Şəmkir" isə "Lerik"i 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Günün digər matçı "Qusar" və “Şahdağ Qusar” komandaları arasında keçirilməli idi. Ancaq birincilər oyuna gəlmədiyindən, qarşılaşma baş tutmayıb. Buna görə "Qusar"a texniki məğlbuyyət veriləcək.
Bununla da II Liqada 1-ci dövrəyə və 2024-cü ilə yekun vurulub.
18 dekabr (çərşənbə)
“Saatlı-Araz” – “Şəki Siti” - 5:1
Qollar: X.Bədirov, 25, E.Xəlilli, 30, 41, 51 (pen), R.Süleymanov, 54 - A.Quliyev, 22
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Sənan Bayramzadə
Saatlı OİK stadionu
“Şəmkir” – “Lerik” - 4:1
Qollar: K.Əhmədli, 13, S.Abbasov, 16, V.Cəfərov, 57, R.Şahmuradov, 81 - Z.Axundzadə, 25
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Sərxan İsmayılov
Şəmkir OİK stadionu