"Çelsi" futbolçusu Coş Açimponqla yeni müqavilə imzalayıb. 

Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

18 yaşlı qanalı cinah müdafiəçisi "Çelsi"nin yetirməsidir. Onunla 2029-ci ilin yayına qədər müqavilə imzalanıb. Açimponq hazırda klubun 21 yaşadək komandasında çıxış etsə də, onun növbəti ildə daha çox oyun şansı qazanacağı gözlənilir. 

Qeyd edək ki, Coş Açimponq "Çelsi"nin əsas komandasında debüt oyununa UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Astana" ilə matçda (3:1) çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest