Xorvatiyalı futbolçu Luka Modriç "Real"dakı titul rekordunu təzələyib.

Matc.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi klubun heyətində 28-ci mükafata yiyələnib.

"Real" bu gün Qitələrarası kubokunun finalında "Paçuka"ya 3:0 hesabı ilə qalib gəlib. Modriç görüşün 70-ci dəqiqəsində meydana daxil olmaq şansı qazanıb.

Luka klubun ən titullu futbolçusu ünvanını qoruyub. O, bu siyahıda Daniel Karvahal (27 titul), Naço (26), Marselo (25) və Karim Benzemanı (25) qabaqlayır.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"ın şərəfini qoruyur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest