19 Dekabr 2024, 00:59
FUTBOL
Karlo Ançelotti Qitələrarası kuboku qazanan "Real"ın tarixinə düşüb.
Matc.az xəbər verir ki, o, Madrid klubunda ən çox titul qazanan məşqçi olub.
İtaliyalı mütəxəssis "Real"da 15-ci mükafata sahib çıxıb. Ançelotti bu göstəricidə hesabında 14 titul olan Migel Munyosu arxada qoyub.
Qeyd edək ki, madridlirlər final matçında "Paçuka"ya 3:0 hesabı ilə qalib gəliblər.
Ançelottinin "Real"dakı titulları
3 - Çempionlar Liqası
2 - La Liqa
2 - Kral kuboku
2 - İspaniya Superkuboku
3 - UEFA Superkuboku
2 - Klublararası dünya çempionatı
1 - FIFA Qitələrarası kubok