19 Dekabr 2024, 10:45
FUTBOL
PSJ-nin qapıçısı Canluici Donnarumma zədələnib. Matc.az xəbər verir ki, italiyalı qolkiper Fransa çempionatının 16-cı turunda "Monako" ilə keçirilən səfər qarşılaşmasında ağır xəsarət alıb.
Belə ki, epizodların birində rəqib futbolçu Vilfred Sinqonun ayağı Donnarummanın üzünə dəyib. Ağır zədələnən 25 yaşlı qapıçının üzünə tikiş qoyulub.
Qeyd edək ki, görüş PSJ-nin 4:2 hesablı qələbəsi ilə nəticələnib.