"Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropanın daha bir klubunun diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Bildirilib ki, "Sevilya" ilə yanaşı, daha bir klub braziliyalı forvardı heyətinə qatmaq niyyətindədi. Söhbət hazırda Çempionlar Liqasında çıxış edən "Srvena Zvezda"dan gedir. Serbiya təmsilçisi da Juninyonu heyətinə cəlb etmək arzusundadı.

"AS" nəşri "Sevilya"nın bu transferdə daha iddialı olduğunu və La Liqa təmsilçisi üçün Juninyonun alınmasının əsas prioritet sayıldığını qeyd edib. O da vurğulanıb ki, "Qarabağ" “sambaçı”nın transferinə görə çox pul tələb edir.

Qeyd edək ki, Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest