19 Dekabr 2024, 13:09
FUTBOL
59 yaşlı mütəxəssis yeni klubunda işinə yanvar ayında başlayacaq.
“Neftçi”dəki fəaliyyəti qısa çəkən Roman Qriqorçuk özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, ukraynalı çalışdırıcı fəaliyyətini ölkəsində davam etdirəcək.
Qriqorçuk bir neçə gündü danışıq apardığı LNZ klubu ilə bütün məsələlərlə razılaşıb. Məlumatı klubun mətbuat xidməti açıqlayıb.
59 yaşlı mütəxəssis yeni klubunda işinə yanvar ayında başlayacaq.
Qeyd edək ki, Roman Qriqorçuk ölkəmizdə “Neftçi”dən öncə “Qəbələ”ni çalışdırıb.