"Bavariya"dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək. Matc.az xəbər verir ki, o, MLS-də futbol oynayacaq.

Belə ki, 35 yaşlı hücumçu “Nyu-York Red Bulz” ilə anlaşıb. Bu barədə ABŞ klubunun rəsmi saytında məlumat yayılıb. Kamerunlu forvard yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest