“Monako”nun baş məşqçisi Adi Hutter açıqlama verib. Matc.az xəbət verir ki, mütəxəssis Liqa-1-in 16-cı turunda onlarla görüşdə PSJ-nin qapıçısı Canluici Donnarummanın ciddi xəsarət alması haqda münasibət bildirib.

Avstriyalı çalışdırıcı üzrxahlıq edib: “Epizoddan uzaq idim, hadisənin necə baş verdiyini həmin anda görmədim. Donnarummadan üzr istəyirəm. Futbolda bəzən belə hallar da olur. Bizim futbolçumuz onu bilərəkdən zədələməyib”.

Qeyd edək ki, matç PSJ-nin 4:2 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest