Suriyanın Hələb şəhərində yerləşən stadionda yanğın baş verib. Matc.az xəbər verir ki, ölkənin ən böyük stadionu olan Hələb Beynəlxalq Stadionu 75 min tamaşaçı tutumuna malikdi.

Yanğının naməlum şəxslər tərəfindən törədildiyi bildirilib. Hadisənin səbəbləri barədə rəsmi məlumat verilməyib. Ancaq sosial şəbəkələrdə yanğının söndürüldüyü barədə məlumat yayılıb.

Qeyd edək ki, 2012-ci ilin yayında stadion mərmilər, partlayışlar və hava hücumları nəticəsində ciddi ziyan görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest