19 Dekabr 2024, 16:20
FUTBOL
İngiltərə Premyer Liqasının rəhbərliyi “Everton”un ABŞ-dan olan biznesmen Dena Fridkinin şirkətinə satılmasına razılıq verib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Friedkin Group” Liverpul klubunun keçmiş sahibi Fərhad Moşirinin sahibi olduğu “Blue Heaven Holdings”lə razılığa gəlib. Sözləşmənin maliyyə şərtləri açıqlanmayıb.
Qeyd edək ki, “Everton” hazırda 15 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.