Argentinanın "River Pleyt" klubunun prezidenti Xorxe Britonun ailəsinə məxsus təyyarə qəzaya uğrayıb.

Matc.az xəbər verir ki, qəza eniş zamanı baş verib.

Nəqliyyat vasitəsi San Fernando hava limanının yanında, paytaxt Buenos-Ayresin kənarındakı evin üzərinə çırpılaraq yanıb.

Hadisə zamanı iki nəfərin öldüyü bildirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest