19 Dekabr 2024, 19:30
FUTBOL
Leverkuzen "Bayer"i futbolçusu Florian Virtzə yeni müqavilə təklif edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Almaniya klubu 21 yaşlı yarımmüdafiəçisini satmaq niyyətində deyil. Onunla aparılan danışıqların müsbət olduğu bildirilir. Həmçinin tərəflər arasında yaxın zamanda razılıq əldə olunacağı qeyd olunur. Virtzin 2026-cı ilin dünya çempionatına qədər Almaniyada qalacağı gözlənilir.
Qeyd edək ki, daha öncə Florian Virtzlə "Bavariya" və "Real" kimi klubların maraqlanması ilə bağlı xəbərlər yayılmışdı.