2024-cü ilin birinci yarısında "Barselona" yeni sponsoru "Nike"nin razılığı olmadan təxminən 150.000 köynək istehsal edib.
Matc.az xəbər verir ki, Kataloniya klubu bunu Amerika şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi bağlamamışdan öncə reallaşdırıb.
İspaniya klubunun digər brendlərlə əməkdaşlığından istehsalı olan 150 min köynəyin hər biri 10 avroya başa gəlib. "Nike" ilə 2038-ci ilə qədəryeni müqaviləsi olan "Barselona" indi öncədən istehsal edilən köynəklərlə nə edəcəyi ilə bağlı problem yaşayır.
İspan nəhənginin onları satmaq və hətta pərəstişkarlarına yaymaq üçün "Nike"dan icazə alması lazım olduğu vurğulanır. Amerika şirkəti "Barselona"ya bu köynəkləri satmağa icazə verməsə, Kataloniya klubu 1,5 milyon avro itirəcək.