20 Dekabr 2024, 12:29
FUTBOL
“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 1500 manat məbləğində cərimələnib.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.
Toplantıda "Şamaxı" və "Qarabağ" klubları cərimələnib. Belə ki, Misli Premyer Liqasında III turunun “Şamaxı” - “Qarabağ” matçı bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Şamaxı”ya 800 manat cərimə kəsilib.
“Qarabağ” isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 1500 manat məbləğində cərimələnib.