Kluba 300 manat cərimə də kəsilib.

AFFA İntizam Komitəsinin iclasında II Liqada baş verən neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, XIII turun “Qusar” - “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmadığından, bu görüşlə bağlı hüquqi qiymət verilib.

Gözlənildiyi kimi, "Qusar" texniki məğlubiyyətlə cəzalandırılıb.

Bundan əlavə, kluba 300 manat cərimə də kəsilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest