"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş yanvarda komandasını dəyişməyə çox yaxındı. Matc.az xəbər verir ki, mərakeşli oyunçu İstanbul klubunda qalmaq istəmir.

Ziyeşlə maraqlanan klublar var. "Benfika" və "AZ Alkmar" onu heyətinə qatmaq niyyətindədi. 31 yaşlı futbolçunun Portuqaliyaya köçmək şansı daha yüksək dəyərləndirilir.

Qeyd edək ki, Hakim Ziyeş "Qalatasaray"a ötən ilin yayında "Çelsi"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest