21 Dekabr 2024, 16:22
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Vinisius Juniora istirahət verib.
"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Vinisius Juniora istirahət verib.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Hücumçu sarı vərəqə limitini aşması səbəbindən La Liqanın 18-ci turunda "Sevilya" ilə oyunu (22 dekabr) buraxacaq.
İtaliyalı mütəxəssis 24 yaşlı forvardın komandanın ötəngünkü məşqinə qatılmamasına da icazə verib.
Vinisiusun Mayamiyə istirahətə yollanacaq. O, dekabrın 30-da kluba qayıdacaq.