30 Dekabr 2024, 15:31
FUTBOL
Uruqvay millisinin sabiq hücumçusu Edinson Kavani karyerasını başa vuracağı komandanı açıqlayıb.
Matc.az xəbər verir ki, 37 yaşlı forvard hazırda çıxış etdiyi Argentina təmsilçisi "Boka Xuniors"da futbolla vidalaşacağını bildirib.
2023-cü ildə bu kluba keçən oyunçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, Edinson Kavani Argentina çempionatında başa çatan mövsümdə 39 matçda iştirak edib, 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2008-2022-ci illər aralığında Uruvay yığmasının formasını geyinib və 2011-ci ildə komanda ilə Amerika Kubokunun qalibi olub.