"Fənərbaxça" Joze Mourinyonu istəyi ilə "Tottenhem"dən Hon min Sonu komandaya cəlb etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mövsümün sonunda Cənubi Koreyalının Premyer Liqa klubu ilə müqaviləsi başa çatacaq. 

Mütəxəssis eyni zamanda "Çelsi"dən Joao Feliksi də icarə əsasında "sarı-lacivərtlilər"ə gətirmək niyyətindədir.

Mourinyo son olaraq adı bir müddət "Qalatasaray"la hallanan Nikola Zalevskini "Roma"dan transfer etməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest