"Bavariya" "Atletik"dən ispaniyalı vinger Niko Uilyamsı və "Ayntraxt"dan (Frankfurt) misirli hücumçu Ömər Marmuşu almaqda maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat paylaşıb.

Bildirilir ki, Münhen klubunun rəhbərliyi komandanı gücləndirmək üçün bu iki futbolçu ilə müqavilə imzalamaq niyyətindədir.

Xatırladaq ki, 15 oyundan sonra "Bavariya" Bundesliqa turnir cədvəlinin lideridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest