"Barselona"nın yaxın vaxtlardakı transfer hədəflərindən biri "Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti ola bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, komanda onu gələn yay azad agentə çevriləndən sonra heyətinə qatmağa çalışacaq.

Bu profildən yeni oyunçu axtarışına səbəb "Barselona"nın Frenki de Yonqun oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inanmamasıdır.

Qeyd edək ki, De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barsa"ya keçib.

Parti 2020-ci ilin payızında "Atletiko Madrid"dən "Arsenal"a keçib. Bu mövsüm 25 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı 31 yaşlı Partinin 15 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest