31 Dekabr 2024, 10:17
FUTBOL
"Çelsi"nin sabiq yarımmüdafiəçisi Villian "Olimpiakos"la müqaviləsini ləğv edib.
Matc.az xəbər verir ki, bu barədə Yunanıstan komandasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 36 yaşlı braziliyalı 2024-cü ilin yayında azad agent kimi "Olimpiakos"a keçib.
Cari Yunanıstan çempionatında Villian altı oyun keçirib və bir məhsuldar ötürmə edib.