Britaniya hökuməti İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyti "Cəngavər" rütbəsi ilə təltif edib.

Britaniya hökuməti İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyti "Cəngavər" rütbəsi ilə təltif edib.

Matc.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Sautqeytin adı Kral Çarlzın Yeni İldə mükafatlandırdıqları insanların siyahısında yer alıb. Tam siyahıya siyasi, idman, yaradıcılıq və ya ictimai fəaliyyətə töhfə vermiş 1200-dən çox insan daxildir. 

Xatırladaq ki, Sautqeyt 2016-cı ildən bu ilin yayınadək İngiltərə millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda AVRO-2020 və AVRO-2024-ün gümüş medallarını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest