31 Dekabr 2024, 12:15
FUTBOL
Mançester klubu Ruben Amorimin rəhbərliyi altında keçirdiyi ilk səkkiz oyunda 5 məğlubiyyət alıb. Bu, "Mançester Yunayted"in məşqçiləri arasında son 103 ildə ən pis nəticədir.
"Mançester Yunayted" Premyer Liqanın 19-cu turunda evdə "Nyukasl"a 0:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Mançester klubu Ruben Amorimin rəhbərliyi altında keçirdiyi ilk səkkiz oyunda 5 məğlubiyyət alıb. Bu, "Mançester Yunayted"in məşqçiləri arasında son 103 ildə ən pis nəticədir.
Qeyd edək ki, "qırmızı şeytanlar" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.