"Qalatasaray" qış "transfer pəncərəsi" zamanı heyətini gücləndirəcək.

Matc.az xəbər verir ki, "cim-bom" "Fənərbaxça"nın futbolçusu ilə anlaşıb.

Bu barədə "Sabah" qəzeti məlumat yayıb. Belə ki, "Qalatasaray" əzəli rəqibindən Brayt Osayi-Samuellə razılıq əldə edib.

Transferin bu qış baş tutacağı gözlənilir. 27 yaşlı futbolçunun "Fənərbaxça" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər idi.

O, "Blekpul", QPR kimi komandalarda oynadıqdan sonra 2021-ci ildə "Fənərbaxça"ya keçmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest