31 Dekabr 2024, 15:20
FUTBOL
İngiltərənin "Plimut Arqayl" klubu baş məşqçisi Ueyn Runi ilə yolları ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İngiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Runi bu ilin may ayında komandaya baş məşqçi təyin edilmişdi. Plimut təmsilçisi onun rəhbərliyi altında 14 oyuna çıxıb və yalnız bir qələbə qazanıb. "Plimut Arqayl" hazırda Çempionşipdə 24 komanda arasında sonuncudur.