Andrey Lunin "Real"dan ayrılmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, ukraynalı qapıçı karyerasını Almaniyada davam etdirəcək. Ona "Bayer" başda olmaqla bir neçə klub təklif göndərib.

Qeyd edək ki, Luninin "Real"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 25 yaşlı futbolçu 2018-ci ilin yayından "Real"ın formasını geyinir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest